Azərbaycanda obyekt sahibini qəlyana görə bölməyə aparıb cərimələdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərar və göstərişlərin icrası ilə əlaqədar polis əməkdaşları tərəfindən nəzarət tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Arena” çay evində karantin qaydalarının pozularaq müştərilərin qəlyandan istifadə etdiyi aşkarlanıb. Obyekti icarə əsasında işlədən Rüfət İlyasov Polis Şöbəsinə gətirilib və barəsində cərimə protokolu tərtib olunub.
Qeyd edək ki, COVID-19 infeksiyasının tənəffüs damcıları ilə birbaşa təmas yolu ilə ötürüldüyü və yuxarı tənəffüs yollarının infeksiyası kimi təzahür etdiyi nəzərə alınaraq, ölkə ərazisindəki bütün ictimai iaşə obyektlərində çoxdəfəli istifadə üçün nəzərdə tutulan qəlyan avadanlıqlarından istifadə qadağan edilib.
Oxşar xəbərlər
Qəlyan çəkənlər cərimələndi - FOTO
Şəmkirdə sanitar-karantin qaydalarını pozan çay evi aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən BAKU.WS-in bölgə müxbirin...