Azərbaycanda nişandan qayıdanlar ağır qəzaya düşdü - Ölən və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə rayonun Qaraqucaq kəndində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1938-ci il təvəllüdlü Elyasova Nuridə Cəbi qızı hadisə yerində ölüb. Üç nəfər - Elyasova Gülnarə (1967), Elyasova Vüsalə (1979), Mustafayeva Səyalı (1950) isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, ailə Yevlax sakinləridir. Onlar Goranboydan nişan mərasimindən qayıdırlarmış.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...