Azərbaycanda nazir müavini yıxılıb xəsarət aldı - qabırğası çatladı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov xəsarət alıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a nazirliyin Mətbuat katibi Səmayə Məmmədova bildirib.
Onun sözlərinə görə, hadisə İ.İsmayılov işdən çıxarkən baş verib. S.Məmmədova bildirib ki, nazirlik rəsmisi ayağının burxulması nəticəsində yıxılıb: "İsmayıl müəllimin qabırğası çatlayıb. Ona ilkin həkim müdaxiləsi olub".
Artıq İ.İsmayılovun xəstəxanadan evə buraxıldığını deyən mətbuat katibi onun müalicəsini ev şəraitində davam etdirdiyini diqqətə çatdırıb: "Ağır heç nə yoxdur, qısa zamanda işə çıxacaq".
Qeyd edək ki, İsmayıl İsmayılovun xəstəxanaya yerləşdirilməsini unikal.org saytı yayıb.
Oxşar xəbərlər
İlyas İsmayılovun oğlu üçün killer polkovnik - üç güllənin üç sirri...
Qətli törədən sabiq polis Gözəl Dəmirovun Etimad İsmayılova Belarusda birgə iş görmək adı altında aldığı külli miqdarda borcu qaytarmadığı deyilir; partiya sədr...