Azərbaycanda narkotik satan və oğurluq edən şəxs tutulub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Narkotik vasitə ilə saxlanılan Lənkəran sakininin həmkəndlisinin evindən oğurluq etdiyi də məlum olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Lənkəran rayon Separadi kənd sakini, əvvəllər məhkum olunmuş Faiq Cəfərov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb və üzərindən heroin aşkarlanaraq götürülüb. Ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun oğurluq əməlinin də üstü açılıb. Belə ki, F.Cəfərovun həmkəndlisinə fərdi yaşayış evinə gecə saatlarında daxil olaraq oradan 900 manat dəyərində müxtəlif məişət əşyalarını oğurladığı müəyyən edilib.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Narkotacir ana və oğul saxlanıldı - FOTO
Lənkəranda narkotacir ana və oğul saxlanılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazilriyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumat veril...