Azərbaycanda müəmma - 32 yaşlı ana azyaşlı qızı ilə birlikdə yoxa çıxdı - FOTO

14
sen
2019
10:29
Qusarda 32 yaşlı qadın azyaşlı qızı ilə birlikdə itkin düşüb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Xaçmaz rayonu Zuxuloba kənd sakini, 32 yaşlı Rima Talıbova cari ilin avqust ayının 25-də səhər saatlarında azyaşlı qızı ilə birlikdə Qusar rayonunun Aşağı Ləgər kəndində yaşayan anasının evinə gedəcəyini bildirərək evdən çıxıb və Qusar rayonunda itkin düşüb.Rima Talıbovanın əlamətləri belədir: Boyu 160 sm., orta bədən quruluşlu, şabalıdı saçlı, gözlərinin rəngi qəhvəyidir.Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və 055-335-33-35, 070-850-65-28 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda daha bir qadın 3 övladı ilə birlikdə evdən çıxaraq geri qayıtmayıb - FOTO
Siyəzəndə 30 yaşlı qadın övladları ilə birlikdə itkin düşüb.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan BAKU.WS-ə bölgə müxbirinə...
