Azərbaycanda meşələri məhv edən şəxs saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Balakən rayonu İtitala kəndi ərazisində vələs ağaclarının naməlum şəxs və yaxud şəxslər tərəfindən qanunsuz olaraq kəsilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, daxil olmuş məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təbiətə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən Aftandil Ramazanov qısa müddət ərzində müəyyən edilərək saxlanılıb. Kəsdiyi ağacların bir hissəsi isə doğranmış vəziyyətdə onun istifadəsində olan avtomobilin yük yerində aşkarlanıb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi açılıb
Sabirabad rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanılıb. Bu barədə BAKU.WS-ə rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, Sa...