Azərbaycanda məktəbdə təhlükəli anlar: Şagirdlər təxliyə edildilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə məktəbdə tüstülənmə baş verib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə qeydə alınıb.
Şagirdlər polislər və məktəb rəhbərliyinin köməyi ilə təxliyə ediliblər.
Valideynlər bildiriblər ki, bu, 8 saylı tam orta məktəbdə tədris ili başlayandan artıq ikinci analoji hadisəsidir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı qurumun “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı Mingəçevir şəhəri Nizami Gəncəvi adına 8 saylı orta məktəbin 3-cü mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik açarında qısaqapanma olduğu müəyyən olunub.
Yanğın hadisəsi qeydə alınmayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...