Azərbaycanda məktəb direktoru 44 yaşında vəfat etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı vəfat edib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, idarənin Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət məktəbinin direktoru Anar Ramiz oğlu Nuriyev damarlarında yaranmış tromblaşma nəticəsində dünyasını dəyişib.
A.Nuriyev 1977-ci il noyabrın 17-də Sumqayıt şəhərində anadan olub.
Əmək fəaliyyətinə 1995-ci ildə Sumqayıt şəhər “Dostluq” Mədəniyyət evində estrada ansamblına rəhbərlik etməklə başlayıb.
2003-cü ildən Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət məktəbinin “Nəzəriyyə” şöbəsində müəllim, 2015-ci ildən isə həmin məktəbin direktoru vəzifəsində çalışıb.
Oxşar xəbərlər
İşdən çıxarılan İCRA BAŞÇISI VƏFAT ETDİ - FOTO
İsmayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı "Şöhrət" ordenli, iqtisad elmləri doktoru, professor Mirdaməd Mirsadıq oğlu Sadıqov vəfat edib. İsmayıllının s...