Azərbaycanda mebel sexinin sahibi cərimə edilib - FOTO

Azərbaycanda mebel sexinin sahibi cərimə edilib - FOTO
Foto
Hadisə 2

Abşeron rayonu Ceyranbatan qəsəbəsində ətraf mühiti məişət tullantıları ilə çirkləndirən mebel sexinin sahibi cərimə edilib.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Abşeron Rayon Polis İdarəsi və ETSN-in Regional İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri növbəti tədbir zamanı Ceyranbatan qəsəbəsində yerləşən mebel sexlərindən birində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.

Faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Abşeron rayonunda qeyd edilən faktların aşkar edilməsi istiqamətdə tədbirlər davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Masallıda bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub

Masallıda bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub

Masallıda məişət tullantılarının qalaqlanmasına görə bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran reg...

3 Hadisə 18:48 22 noyabr 2023

Son xəbərlər