Azərbaycanda körpələr evi qarət olundu

16
sen
2019
15:15
Mingəçevirdə körpələr evi-uşaq bağçasından oğurluq edilib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bu barədə Mingəçevir şəhər Polis Şöbəsinə məlumat daxil olub.Daxil olan məlumata əsasən polis əməkdaşları əməliyyat keçiriblər.Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-nə keçən gecə şəhər ərazisindəki körpələr evi-uşaq bağçalarının birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şuşa rayon sakini İ.Rzayev saxlanılıb.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda oğru qadınlar tutuldu
Qaradağ rayonun Qızıldaş qəsəbəsində mənzildən oğurluq edilib.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Qaradağ Rayon...
