Azərbaycanda kişi küçədə soyuqdan donub öldü

Azərbaycanda kişi küçədə soyuqdan donub öldü
Hadisə 1785

Sumqayıt şəhərində ölüm hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, ötən gün axşam saatlarında yaşadığı mənzilə gələn 1956-cı il təvəllüdlü Əsgərov İnqilab Tapdıq oğlu bir müddət sonra oranı tərk edib. Sərxoş vəziyyətdə olan şəxs küçədə yıxılaraq orada qalıb. Onun meyiti səhər saatlarında qonşular tərəfindən aşkarlanıb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Müayinə zamanı 64 yaşlı kişidə heç bir xəsarət aşkarlanmayıb. Həmin şəxsin soyuqdan donaraq öldüyü ehtimal olunur.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər

Sumqayıtda 40 yaşlı kişi yükəsk dozadan ölüb

Sumqayıtda 40 yaşlı kişi yükəsk dozadan ölüb

Sumqayıt şəhərinin 3-cü mikrorayon ərazisində küçədə 35-40 yaşlarında kişi meyiti tapılıb. BAKU.WS-in məlumatına görə, tapılan meyitin şəxsiyyəti məlum deyil. A...

1068 Hadisə 22:11 27 dekabr 2019

Son xəbərlər