Azərbaycanda itkin düşən tələbədən XƏBƏR VAR - Borcu varmış
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin itkin düşən III kurs tələbəsi Hüseynov İlkin Saleh oğlu tapılıb.
BAKU.WS xəbər verir ki, o, özü sosial şəbəkədə paylaşım edib.
İ.Hüseynov paylaşımında artıq evdə olduğunu bildirib: "Bu çətin 7 gün ərzində məni axtaran və ailəmin yanında olan hər kəsə təşəkkür edirəm. Hər şeyin bundan da yaxşı olması diləyi ilə".
İ.Hüseynovun atası bildirib ki, oğlu bu müddət ərzində Bakıda olub: "İlkin işlədiyi restorandan əmək haqqını aldıqdan sonra xərcləyib.
Bundan başqa, tanışından da 200 manata yaxın pul götürüb və onu da xərcləyib. Borcunu qaytara bilməyəcəyini fikirləşib və utandığından evə gəlmək istəməyib.
Bir neçə gün Bakıda gözdən uzaq yerlərdə gecələyib. Nəhayət, evə dönməyə qərar verib. Hazırda evdədir. Şükür indi hər şey yaxşıdır və səhhəti də normaldır".
Qeyd edək ki, bir həftə əvvəl Şabran rayon sakini Saleh Hüseynov oğlunun itkin düşməsi barədə məlumat vermişdi.
Oxşar xəbərlər
Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT
Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...