Azərbaycanda iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 11:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 203-cü kilometrliyində, Göyçayın Qarayaxı kəndi ərazisində qeydə alınıb.
"Mersedes" markalı minik avtomobili qarşı tərəfdə hərəkətdə olan " VAZ 21011" markalı minik avtomobilinə arxa tərəfdən çırpılıb. Hadisə zamanı avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, "VAZ 21011"-in qoşqulu yük yerində olan 5 baş iri buynuzlu heyvan tələf olub.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
4 nəfərin xəsarət aldığı qəzada avtomobil iki yerə bölündü – VİDEO – FOTO
Bərdənin Cəyirli kəndində zəncirvari qəza baş verib.BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, hərəkətdə olan “VAZ 21011” markalı avtomobillə “Mercedes” və “VA...