Azərbaycanda iki mikroavtobusu yandıran şəxs saxlanıldı - FOTO
30
avq
2019
16:50
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada 2 mikroavtobusu yandıran şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, Astara rayonunun Toradi kənd sakini N.Babayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək gecə saatlarında ona məxsus 2 ədəd “Ford” markalı mikroavtobusun naməlum şəxs tərəfindən yandırıldığını bildirib.
Astara rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.Araşdırmalarla onun Astara rayonu Hamuşam kənd sakini İsrafil Qasımov olduğu məlum olub.
İ.Qasımov bu əməli şəxsi münasibətlər zəminində törətdiyini etiraf edib və gecə saat 03 radələrində özü ilə gətiridiyi benzinlə N.Babayevə məxsus 99 DR 809 dövlət nömrə nişanlı “Ford” markalı mikroavtobusu yandırdığını bildirib.
Nəticədə həmin avtomaşın tamamilə yanıb, yanaşı dayanmış N.Babayevə məxsus 99 DX 134 dövlət nömrə nişanlı “Ford” markalı digər mikroavtobus isə yanğından qismən zərər görüb.Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Bankomatdan pensiyasını çıxaran yaşlı qadın həyatının şokunu yaşadı - FOTO
Astarada 80 yaşlı qadının pulunu və pensiya kartını oğurlayan şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata gör...