Azərbaycanda idarəetməni itirən sürücü maşını aşırdı - Yanğın başladı - FOTO/VİDEO

Azərbaycanda idarəetməni itirən sürücü maşını aşırdı - Yanğın başladı - FOTO/VİDEO
Foto Video
Hadisə 63

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə FHN-dən biıdirilib.

Məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal çağırış ünvanına cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Khazar” markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib və avtomobilin sürücüsü və sərnişini müxtəlif bədən xəsarətləri alaraq deformasiyaya uğramış avtomobildə həyati təhlükəli vəziyyətdə qalıb.

Yanğınsöndürənlər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü 1999-cu il təvəllüdlü R.Allahverdiyev və sərnişin 2000-ci il təvəllüdlü K.Allahverdiyev xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, eyni zamanda avtomobilin mühərrik bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər