Azərbaycanda güclü külək dağıntılar yaradıb - FOTO

Azərbaycanda güclü külək dağıntılar yaradıb - FOTO
Foto
Hadisə 282

Bərdə rayonunda güclü külək dağıntılar yaradıb.

BAKU.WS trend-ə istinadən xəbər verir ki, rayonun bir neçə kəndində fərdi yaşayış evlərinə ciddi ziyan dəyib, habelə, şəhərin bir neçə küçə və prospektində yerləşən çoxmərtəbəli yaşayış binalarının dam örtüyünün bir hissəsini dağıdıb.

Bir neçə saat davam edən güclü külək elektrik təsərrüfatına da ziyan vurub. Elektrik dirəkləri aşıb, xətlər isə qırılıb.

Bundan başqa, şəhərin bir neçə küçəsində irigövdəli ağaclar qırılıb. Qırılmış ağaclar kəsilərək ərazilərdən götürülüb, elektrik xətləri isə bərpa edilir.

Bərdə Rayon İcra Hakimiyyətinin Fövqəladə hallar komissiyasından bildirilib ki, dağıntılarla bağlı araşdırma aparılır, fəsadlar aradan qaldırılır. Qeydiyyat işləri başa çatdıqdan sonra təmir və bərpa işlərinə başlanılacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Binəqədidəki partlayışla bağlı cinayət işi açıldı - FOTO/VİDEO - YENİLƏNİB

Binəqədidəki partlayışla bağlı cinayət işi açıldı - FOTO/VİDEO - YENİLƏNİB

Bakının Binqədədi rayonunda yaşayış evində baş verən partlayışla bağlı cinayət işi açılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. “Bakı şəhər...

3285 Hadisə 19:37 02 yanvar 2023

Son xəbərlər