Azərbaycanda faciəvi QƏZA! - 2 nəfər öldü, yaralılar var

Azərbaycanda faciəvi QƏZA! - 2 nəfər öldü, yaralılar var
Hadisə 160

Bərdədə ölümlə nəticələnən ağır yol qəzası olub.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Həsənqaya kəndi ərazisində qeydə alınıb. 23 yaşlı kənd sakini Əzizov Feruz Raqub oğlunun idarə etdiyi "VAZ-21099" markalı avtomobillə 30 yaşlı Sultanlı Əziz İlqar oğlunun idarə etdiyi VAZ 21011 markalı avtomobil toqquşub.

Nəticədə "VAZ-21011" markalı avtomobildə olan sərnişin 67 yaşlı Xankişiyev Murad Fazil oğlu aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

F. Əzizov, onun sərnişini 20 yaşlı Ağayev Mirəli Mehman oğlu və digər avtomobilin sürücüsü Ə. Sultanlı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bütün tədbirlərə baxmayaraq, M. Ağayev orada ölüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər