Azərbaycanda Əməkdar artist vəfat etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Çiçək Rzayeva vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Qafqazinfo"ya onun yaxınları bildirib.
Məlumata görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub.
Çiçək Rzayeva arfa musiqi alətində təkcə klassik deyil, xalq mahnılarımızın da mahir ifaçısı idi. 50 ildən çox bir müddətdə Azərbaycan Dövlət Simfonik Orkestrinin birinci arfa ifaçısı olub. 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdü.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
“Ərimi öldürdüm, həyətdə basdırdım” - Qadın dustaq (VİDEO)
Rəhimə Muxtarova 1960- cı ildə Quba rayonunda anadan olub. 1987- ci ildə ailə qurub. 2008-ci ildə həyat yoldaşını qətlə yetirib. Ona 12 il 6 ay iş verilib. Hazı...