Azərbaycanda dəhşətli qəza: Polis öldü, hərbçi yaralandı - FOTO

Azərbaycanda dəhşətli qəza: Polis öldü, hərbçi yaralandı - FOTO
Foto
Hadisə 1472

Bərdədə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində körpünün üzərində baş verib.

Qəza zamanı bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Ölən şəxs - 1983-cü il təvəllüdlü Məmmədov Elgün Elbrus oğludur. O, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşı olub.

Xəsarət alanlardan biri - 1991-ci il təvəllüdlü hərbçi Əliyev Asif Firdovsi oğludur. O, Bərdə rayonu Ağalı kənd sakinidir.

Digər yaralı isə 1989-cu il təvəllüdlü Gəncə şəhər sakini Mustafayev İsa Abış oğludur.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər