Azərbaycanda daha bir yanğın: Bu dəfə alov Zaqatala meşəsini cənginə aldı
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada yüksək dağlıq ərazidə yanğın başlayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, yanğın bu gün axşam saat 19:00 radələrindən başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, Zaqatala rayonunun Car kəndi yaxınlığında yüksək dağlıq ərazidə qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını, 20 nəfərə yaxın şəxsi heyəti cəlb edilib. İlkin məlumata görə, yanğın 2 hektara yaxın ərazini əhatə edir.
Ərazidə quru ot, kol-kos, xəzəl və qurumuş ağac budaqları yanır.
Hazırda yanğının söndürülməsi istiqamətində iş gedir.
Oxşar xəbərlər
Oğuzda dağlıq ərazidə başlayan yanğının söndürülməsinə helikopter cəlb edildi - YENİLƏNİB
20 avqust tarixində Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb. BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (...