Azərbaycanda büdcədən pul mənimsəyən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi

Azərbaycanda büdcədən pul mənimsəyən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
Hadisə 93

“Bərəkət” Sudan İstifadəedənlər Birliyinin icraçı direktoru Rəfail Hüseynovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Bu barədə BAKU.WS-ə prokurorluğun mətbuat xidmətindən bildirilib.

İstintaq zamanı Rəfail Hüseynovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Neftçala rayonunda sudan qanunsuz istifadəyə şərait yaratması nəticəsində dövlət büdcəsinə xeyli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Rəfail Hüseynova Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Baş prokuror əməliyyat müşavirəsi keçirib

Baş prokuror əməliyyat müşavirəsi keçirib

Yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əm...

2518 Hadisə 19:14 04 yanvar 2019

Son xəbərlər