Azərbaycanda "BMW X5" mikroavtobusa çırpıldı - 4 nəfər xəsarət aldı - VİDEO

Azərbaycanda BMW X5 mikroavtobusa çırpıldı - 4 nəfər xəsarət aldı - VİDEO
Video
Hadisə 153

Sabirabadda avtomobil mikroavtobusa çırpılıb, xəsarət alanlar var.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistralının 20-ci kilometrliyində Sabirabad rayonunun Qarağac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“BMW X5” markalı avtomobil sürətlə hərəkətdə olarkən dayanacaqda dayanan mikroavtobusa çırpılıb. Nəticədə 4 nəfər xəsarət alıb.

Sabirabad sakini - 1968-ci il təvəllüdlü Məmmədov Pərvər Sabir oğlu, 1983-cü il təvəllüdlü Abbasov Vasif Ələsgər oğlu və 1956-cı il təvəllüdlü Bayramova Əsmayə Xanbala qızı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdiriliblər.

Bir nəfər yüngül xəsarət alan şəxsə ambulator yardım göstərilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər