Azərbaycanda bələdiyyənin sabiq sədr müavini saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Quba rayonu Zizik bələdiyyəsinin sabiq sədr müavini Mahir Bayramovun dələduzluq etməsi ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında araşdırma aparılmışdır.
Quba rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, Mahir Bayramov öz qulluq mövqeyindən istifadə edərək vətəndaşa Quba rayonu, Qudyalçay çayının yatağında yerləşən 10 hektar torpaq sahəsinin icarəyə verilməsinə köməklik edəcəyi barədə yalan vədlər verərək Quba Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinə vermək adı ilə ondan ümumilikdə 21 min manat məbləğində pul vəsaitini alaraq dələduzluq etmiş, həmçinin bu əməli ilə də vətəndaşı rüşvət verməyə təhrik etmişdir.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar xeyli miqdarda dələduzluq törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanmışdır.
Mahir Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Saxta “Qarabağ müharibəsi veteranı” adı verilməsi ilə bağlı vətəndaşları aldadan şəxs ifşa olundu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq ölkəmizdə bütün sahələrdə olduğu kimi, sosial problemlərin h...