Azərbaycanda avtomobili aşıran sürücü ağır yaralandı - FOTO

Azərbaycanda avtomobili aşıran sürücü ağır yaralandı - FOTO
Foto
Hadisə 49

Sababiradda baş verən qəzada sürücü ağır yaralanıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistralının Sabirabad rayonunun Şəhriyar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sabirabad rayonunun Nərimankənd kənd sakini, 1973-cü il təvəllüdlü Cəfərov Ağabala Bəybala oğlu idarə etdiyi “Naz Lifan” markalı avtomobili sərt döngədə aşırıb.

Nəticədə sürücü ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər