Azərbaycanda avtomobil təmiri sexi tamamilə yanıb - VİDEO

Azərbaycanda avtomobil təmiri sexi tamamilə yanıb - VİDEO
Foto
Hadisə 111

Qaxda altı avtomobil təmiri sexinin olduğu ərazidə yanğın baş verib.

Hadisə şəhərin Xurşidbanu Natəvan küçəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı avtomobil təmiri sexinin biri tamamilə, digəri isə qismən yanıb. Bir avtomobil və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.//report

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər