Bakı-Quba yolunda ölümlə nəticələnən qəzanın görüntüləri - VİDEO - YENİLƏNİB

Bakı-Quba yolunda 1 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
“Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, avtomobili yolun kənarına aşırıb.
Nəticədə, avtomobildə olan 1 nəfər ölüb, sürücü və digər iki sərnişin xəsarət alıb.
Onlar Şabran rayon xəstəxasına aparılıb.
Посмотреть эту публикацию в Instagram
***15:36
Şabran rayonunda avtomobilin aşması nəticəsində ölən və xəsarət alanlar var.
Rayonun Gəndob kəndi ərazisində "Hyundai Santa Fe" markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
Qəza nəticəsində Bakı şəhər sakini - 1997-ci il təvəllüdlü Kazımova Xədicə Elçin qızı hadisə yerində ölüb.
Bakı şəhər sakini, 2023-cü il təvəllüdlü Nuray Kazımova, Xaçmaz şəhər sakinləri - 1976-ci il təvəllüdlü Kazımova Zümrüd Hüseyn qızı və 1994-cü il təvəllüdlü Kazımov Vüqar Eldar oğlu ağır bədən xəsarətləri alıblar. Onlar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.//report

Oxşar xəbərlər
Altı nəfərin öldüyü dəhşətli qəzanın TƏFƏRRÜATI: Toydan qayıdırlarmış - FOTO/VİDEO - YENİLƏNİB - 3
Naxçıvanda iki minik avtomobili toqquşub, nəticədə 6 nəfər ölüb, 4 nəfər ağır xəsarət alıb. Ağır yol-nəqliyyat hadisəsi gecə Naxçıvanın Kəngərli rayonunda baş v...