Azərbaycanda ağır yol qəzası: İş adamı həlak oldu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS-in "Xəzər Xəbər"ə istinadən məlumatına görə, ağır qəza Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Bərdə rayonu, Qarayüsifli kəndindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobilinin sürücüsü 65 yaşlı Cəlil Hacıyev sükan arxasında olarkən ürəyində problem yaranıb. Nəticədə avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı sürücü Cəlil Hacıyev aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.
Məlumata görə, ölən şəxs sahibkardır və dəvə təsərrüfatı ilə məşğul olurmuş.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda yük avtomobili ilə avtobus toqquşdu: 5 ölü - YENİLƏNİB - VİDEO
Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb....