Azərbaycanda ağır yol qəzası: Ölən və xəsarət alanlar var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Salyanın Kürsəngi kəndində baş verən yol qəzasında 1 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Astara istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıda gedən “KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb.
Qəza nəticəsində “Mercedes”də olan Lənkəran rayon sakini, 1954-cü il təvəllüdlü Ağa Faiq Xudaverdi oğlu hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı şəxsiyyətləri hələ məlum olmayan daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərin kimliyi məlum olub. Baş Dövlət Yol Polisi İdarə...