Azərbaycanda ağır QƏZA - 1 nəfər öldü, 4 nəfər yaralandı - YENİLƏNİB - FOTO

Azərbaycanda ağır QƏZA - 1 nəfər öldü, 4 nəfər yaralandı - YENİLƏNİB - FOTO
Foto
Hadisə 168

Biləsuvar rayonunda baş verən yol qəzasında xəsarət alanların sayı 4-ə çatıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hazırda yaralılara rayon mərkəzi xəstəxanasında tibbi yardım göstərilir.

Xatırladaq ki, hadisə bu gün Biləsuvar-Bəhramtəpə yolunun Ağayrı kəndindən keçən hissəsində qeydə alınıb. Yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində bir nəfər ölüb.

***10:18

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə yolunun Ağayrı kəndindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər