Azərbaycanda 8 kişi, 1 qadın zəhərlənmədən ölüb

Azərbaycanda 8 kişi, 1 qadın zəhərlənmədən ölüb
Hadisə 131

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 625 nəfər müraciət edib.

Mərkəzin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, onlardan 119-u Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.

Qəbul olunan xəstələrdən 54-ü dərmandan, 37-si sirkə turşusundan, altısı etanoldan, altısı ilan sancmasından, ikisi göbələkdən, biri arı sancmasından, biri dəm qazından zəhərlənib. Digərlərindən doqquzu allergik reaksiya, ikisi botulizm, biri isə anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 60-ı kişi, 40-ı qadın, 19-u isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, altı nəfər sirkə turşusundan, bir nəfər komatoz vəziyyətdən, bir nəfər etanoldan, bir nəfər botulizmdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən səkkizi kişi, biri qadındır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Martda 790 nəfər zəhərlənib, 11 nəfər ölüb

Martda 790 nəfər zəhərlənib, 11 nəfər ölüb

Mart ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 790 nəfər müraciət edib. Mərkəzin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, onlarda...

23 Hadisə 12:12 04 aprel 2023

Son xəbərlər