Azərbaycanda 3-ü azyaşlı olmaqla 5 nəfər qidadan zəhərlənib
Cəlilabadda 3-ü azyaşlı olmaqla 5 nəfər qidadan zəhərlənib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində baş verib.
Cəlilabad şəhər sakinləri, 1988-ci il təvəllüdlü Almaz Əliqəmbər qızı Abbasova, 1993-cü il təvəllüdlü Zəhra Əliqəmbər qızı Həşimova, 2010-cu il təvəllüdlü Aysel Xəqani qızı Abbaslı, 2012-ci il təvəllüdlü Vüsalə Xəqani qızı Abbaslı və 2013-cü il təvəllüdlü Fatimə Elmin qızı Həşimova zəhərlənib. Onlar rayon xəstəxanasına çatdırılıblar.
İlkin məlumata görə, onlar qəbul etdikləri qidadan zəhərləniblər.
Qeyd edək ki, zəhərlənən şəxslər yaxın qohumdurlar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Göyçayda yas mərasimində zəhərlənən şəxslərin adları məlum oldu - YENİLƏNİB
Göyçayda yas mərasimində qidadan zəhərlənən şəxslərin adları məlum olub. BAKU.WS APA-ya istinadən xəbər verir ki, axşam saatlarında zəhərlənən şəxslər Göyçay Ra...