Azərbaycana qanunsuz yolla gətirilən mallar aşkarlandı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları tərəfindən Azərbaycana qanunsuz yollarla gətirilmiş 3 041 ədəd balıq toru aşkar edilib.
Bu barədə BAKU.WS-ə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Bildirilib ki, Komitənin Əməliyyat-İstintaq Baş İdarəsinə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Çin Xalq Respublikasından ölkəmizə “Alclotho” MMC-nin ünvanına tekstil yükü gətirən 47 D 83510/47 D 83610 nömrəli yük avtomobili yoxlanılıb.
Bu zaman yük avtomobilində gömrük orqanına bəyan edilməyən 15 çuvalda qablaşdırılmış vəziyyətdə əksər hissəsi mülki dövriyyədən çıxarılmış (idxalına yol verilməyən) 3 041 ədəd balıq toru və düzgün bəyan edilməyən müxtəlif adda geyim əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
İranla sərhəddə 200 kiloqramdan artıq heroin aşkar edildi - FOTO
Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınmaqla onların Azərbaycan...