Azərbaycana qaçaqmalçılıq yolu narkotik vasitələr keçirməyə cəhd edən iki nəfər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan Respublikasının dövlət sərhədlərinin təhlükəsizliyi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirlərini davam etdirir.
DSX-nin mətbuat mərkəzindən BAKU.WS-ə bildiriblər ki, martın 4-də saat 04:20 radələrində Xidmətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində ölkə ərazisinə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd göstərən iki nəfər saxlanılıb.
Onların Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Bədəlov Nur Məhərrəm oğlu və 1990-cı il təvəllüdlü Hüseynova Gülnar Maqsud qızı olmaları müəyyənləşdirilib. Həmin şəxslərin əllərindəki bağlamalara baxış zamanı içərisində təxmini çəkisi 15 kiloqram 985 qram olan narkotik vasitə (860 qram tiryək, 15 kiloqram 10 qram marixuana, 60 qram heroin, 55 qram metamfetamin və 1650 ədəd preqabalin həbi) aşkar olunaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs sərhədçilərə bıçaqla xəsarət yetirməyə cəhd edib - FOTO
Son günlərdə Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının “Horadiz”, “Göytəpə” və “Şəmkir” sərhəd dəstələrinin əməkdaşları təxmini çəkisi 20 kiloqram 855 qr...