Azərbaycana narkotik keçirmək istəyən Türkiyə vətəndaşı tutuldu
06
noy
2019
22:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Mazımçay" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes-Benz" markalı yük avtomobili ilə gələn Türkiyə Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. "Lyama" ləqəbli kinoloji xidməti itin sürücüyə verdiyi reaksiya nəticəsində onun üzərindəki şalvarın arxa cibindəki pul qabının içərisindən iki ədəd kağız bükümdə ümumi çəkisi 3 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycana qanunsuz yolla keçirilən mobil telefonlar aşkarlanıb
Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Ford Focus" markalı...