Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

11
sen
2023
23:41
Sentyabrın 11-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və İmirli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng, Göyəli və Qaravəllər yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
Oxşar xəbərlər
Ordumuzun mövqeləri atəşə tutuldu, Qarabağda təxribatın qarşısı alındı
Avqustun 20-si saat 23:55-dən avqustun 21-i saat 06:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu, Çəmbərək rayonunun Cil, Gorus r...
