Azad olunmuş əraziyə keçmək istəyən şəxslər saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Mayın 17-də saat 17 radələrində Füzuli rayonunun Alıxanlı kəndi ərazisində “Toyota” markalı avtomobilin sürücüsü işğaldan azad olunmuş əraziyə qanunsuz keçməyə cəhd etdiyi üçün Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.
Avtomobildə olan sürücü, Sumqayıt şəhər sakini E.Qasımov və 5 sərnişini Füzuli RPŞ-yə gətiriliblər.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq inzibati tənbeh tədbiri tətbiq olunub.
Oxşar xəbərlər
Polis sosial şəbəkələrdə koronavirusla bağlı yalan məlumatlar yayan şəxsi cərimələdi - FOTO
Ağdaşda karantin rejimi qaydalarını pozaraq polisin qanuni əmrinə tabe olmayan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib. Daxili İşlər Nazirliyinin Mətbu...