"Azad Azərbaycan" radiosunun yayımı 3 saatlıq dayandırılır

Azad Azərbaycan radiosunun yayımı 3 saatlıq dayandırılır
Hadisə 108

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

Şuradan BAKU.WS-ə bildirilib ki, iclasda 15-22 aprel 2022-ci il tarixləri arasında ümumölkə yerüstü radio yayımçılarının proqramlarının monitorinqinin nəticələri müzakirə olunub.

20 aprel 2022-ci il tarixdə "Azad Azərbaycan" radiosunun efirində saat 19.00-20.00 aralığında 13 dəqiqə 55 saniyə reklamın yayımlanması ilə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 20.7-ci maddəsinin tələbinin pozulması faktı qeydə alınıb.

Bu səbəbdən, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 41.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Audiovizual Şurası "Azad Azərbaycan" radiosu proqramlarının yayımının 28 aprel 2022-ci il tarixdə saat 21.00-dan 24.00-dək 3 (üç) saatlıq dayandırılması haqqında qərar qəbul edib.

Oxşar xəbərlər

Azərbaycanda iki telekanalın yayımı dayandırıldı, biri məhkəməyə verildi

Azərbaycanda iki telekanalın yayımı dayandırıldı, biri məhkəməyə verildi

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib. MTRŞ-dan BAKU.WS-ə verilən məlumata görə, iclasda 1-3 may 2020-ci il tarixlərində ümumrespublika te...

17035 Hadisə 18:28 06 may 2020

Son xəbərlər