Avtomobillərə qənim kəsilən yol - FOTO

Avtomobillərə qənim kəsilən yol - FOTO
Foto
Hadisə 178

Sabunçu rayonu, Ramana qəsəbəsinə gedən yol sürücüləri narahat edir.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, problem yolun "Kamsomolski Dairəsi"nə çatmamış hissəsindədir. Belə ki, burada kanalizasiya qapaqlarının yerləri çöküb.

"Yol yeni təmir olunsa da, qapaqlar dərindədir. Bu da maşınlara ziyan vurur. Mənim maşınımın altı dəydi. Təkərində də şişkinlik yaranıb. O yoldan hər gün yüzlərlə sürücü istifadə edir", - şikayətçilərdən biri qeyd edib.

Sözügedən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər