Avtomobil motosikletçini vuraraq öldürüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda avtomobil motosikletçini vuraraq öldürüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının Hirkan qəsəbəsindən keçən hissəsində baş verib.
Belə ki, Lənkəran şəhər sakininin idarə etdiyi “KİA” markalı avtomobil rayonun Mamusta kənd sakini - 1992-ci il təvəllüdlü Faiqzadə Cümşüd Faiq oğlunun idarə etdiyi motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü ağır xəsarətlər alıb. Avtomobilin sürücüsü hadisə barədə aidiyyəti üzrə xəbər verib.
Əraziyə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadasının köməyi ilə yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilsə də, yolda ölüb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Fakt üzrə araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Hacıqabulda baş verən ağır qəzada ölənlərin adları AÇIQLANDI - YENİLƏNİB + FOTO
Bakı-Qazax magistralının Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verən qəzada ölənlərin adı bəlli olub. BAKU.WS APA-ya istinadən xəbər v...