Ata övladını yanğından xilas etmək üçün özünü yuxarı mərtəbədən atdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonu, Ramiz Quliyev küçəsində fərdi yaşayış evində yanğın baş verib.
BAKU.WS-in Xezerxeber.az-a istinadla məlumatına görə, anidən başlayan yanğın fərdi yaşayış evini bürüyüb. Həmin an biri azyaşlı olmaqla evdə 3 nəfər olub. Hadisə zamanı xəsarət alanlar olub.
Ata övladını yanğından xilas etmək üçün ikinci mərtəbədən atılıb. Bu zaman onun ayağı sınıb. Bir qadının isə yanıq xəsarətləri aldığı bildirilir. Hazırda onların vəziyyətinin normal olduğu deyilir.
Qeyd edək ki, hadisə baş verən əraziyə yanğınsöndürən briqadalar cəlb edilib. Ümumilikdə 60 nəfər olmaqla, 8 ədəd xüsusi texnika vasitəsilə yanğına müdaxilə edilib.
Yanğın 30 dəqiqə ərzində söndürülüb. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
Ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Bakıda yaşayış binasındakı yanğında iki nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO
Bakıda yaşayış binasında yanğın zamanı 2 nəfər xəsarət alıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Ya...