Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunublar
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdikləri “Toyota” markalı avtomobillərlə sürət yarışı keçirməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Mirəli Rəhimov və Nihad Abışov saxlanılıblar.
Avtoxuliqanlıq hərəkətləri edən həmin şəxslər barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Astara Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ bir il müddətində məhdudlaşdırılmaqla 25 sutka inzibati qaydada həbs ediliblər.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...