Astarada avtomobil dərəyə aşıb: Ata öldü, oğlu xəsarət aldı

Astara rayonunda atanın ölümü, oğulun isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə rayonun dağlıq ərazisində yerləşən Motalayataq kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini 1967-ci il təvəllüdlü Zakir Lələyevin idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin - sürücünün oğlu 1995-ci il təvəllüdlü Ruslan Zakir oğlu Aydınzadə isə xəsarət alıb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...