Astarada 22 yaşlı velosipedçi körpüdən çaya düşərək ölüb

Astarada 22 yaşlı velosipedçi körpüdən çaya düşərək ölüb
Hadisə 34

Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb.

Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayına düşüb.

O, aldığı xəsarətlərdən ölüb. Gəncin meyiti kənd sakinləri tərəfindən çaydan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şahbuzda qadın körpüdən yıxılaraq ölüb

Şahbuzda qadın körpüdən yıxılaraq ölüb

Şahbuz rayonunda qadın körpüdən yıxılaraq ölüb BAKU.WS report-a istinadən xəbər verir ki, Şahbuz rayonunun Külüs kəndində qadın körpüdən yıxılaraq ölüb. Hadisə...

1 Hadisə 10:09 08 aprel 2024

Son xəbərlər