Astara sakinindən tapança və psixotrop maddə aşkarlandı - FOTO

Astara sakinindən tapança və psixotrop maddə aşkarlandı - FOTO
Hadisə 30

Astara sakinindən tapança və psixotrop maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah, döyüş sursatı və psixotrop maddə əldə edərək daşımaqda şübhəli bilinən rayonun Səncərədi kənd sakini, əvvəllər məhkum olunmuş Tofiq Bayramov saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən bir ədəd kustar üsulla hazırlanmış revolver tipli odlu silah, həmin silahda istifadə olunması üçün nəzərdə tutulan 4 ədəd patron, eyni zamanda psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. T.Bayramov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.

Astara sakinindən tapança və psixotrop maddə aşkarlandı - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər