Arvadını öldürüb, qaynı və qayınanasını yaralayan şəxsə ağır cəza verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Məmmədova hökm oxunub və o, 20 il müddətinə azadlıqdan məhrum edilib.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə bu ilin fevralında paytaxtın Xətai rayonunda qeydə alınıb.
Belə ki, B.Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib. Nəticədə Ü.Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.
B.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Mən yerə yıxılanda gözümün qarşısında anamı bıçaqladı - Zərərçəkmiş
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Məmmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. BAKU...