Arvadına çoxsaylı bıçaq xəsarətləri yetirən şəxs həbs edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəran rayonunda arvadına çoxsaylı bıçaq xəsarətləri yetirən şəxs həbs edilib.
Bu barədə BAKU.WS-ə rayon prokurorluğundan bildirilib.
Belə ki, avqustun 27-si saat 21 radələrində 1985-ci il təvəllüdlü Aynur Mirzəyevanın Lənkəran rayonu ərazisində yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü Aqşin Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aynur Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Aqşin Mirzəyev təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam edir.
Oxşar xəbərlər
Əri Rusiyada olan kəndlisinin evinə girdi, qadını yerə uzatdı və... - Azərbaycanda 2 kişidən AĞLASIĞMAZ ƏMƏL
Kürdəmir rayonunda qətl, quldurluq və digər ağır cinayətlər törətməkdə ittiham olunan 1964-cü il təvəllüdlü Rahim Mirzəyev və 1992-ci il təvəllüdlü Səfail Yunus...