AQTA antisanitar şəraitdə işləyən şirniyyat istehsalı müəssisəsi aşkarladı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Abşeron rayonu, Xırdalan şəhərində fəaliyyət göstərən, fiziki şəxs Əhədov Hacıbala Hacıdədə oğluna məxsus şirniyyat istehsalı müəssisəsində planlı yoxlama keçirib.
AQTA-dan BAKU.WS-ə verilən məlumata görə, baxış zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.
Belə ki, işçi heyətin məcburi tibbi müayinədən keçmədiyi, texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, çarpaz çirklənmə riskinin yarandığı, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, istehsal olunan məhsulların markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub, markalanması qanunvericiliyin tələblərinə cavab verməyən məhsulların satışı dayandırılıb və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda su emalı və qablaşdırılması müəssisəsində yoxlama keçirilib, nöqsanlar aşkarlanıb - FOTO
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, ev 87 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qadaşov Azər Məmməd oğluna məxsus su emalı və qablaşdırılm...