ANS döyüş bölgəsindən son xəbərləri çatdırır (VİDEO)
Cəbhədən ən son xəbərlər yayılıb.
Cəbhədə vəziyyətin gərginləşməsi xəbəri yayılan kimi ANS-in xüsusi çəkiliş qrupu bölgəyə ezam olunub.
ANS-in xüsusi müxbiri Mir Şahin Ağayev cəbhədi ən son məlumatları verib.
O bildirib ki, cəbhədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusuna sarsıdıcı zərbələr vurub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
BAKU.WS
Oxşar xəbərlər
Türkiyədən Azərbaycana Qarabağ dəstəyi
Yüz minlərlə Türkiyə vətəndaşı bu gün sosial şəbəkələrdə #TürkiyeSeninleAzerbaycan haştagı altında paylaşımlar edir. BAKU.WS bildirir ki, türk qardaşlarımız A...