ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb
19
iyn
2022
11:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 19- saat 11 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Tərtərdə mina partlayışında xəsarət alanların son durumu açıqlanıb - YENİLƏNİB
Tərtər rayonu ərazisində yol təmiri işləri apararkən mina partlayışından xəsarət alan 2 nəfərdən biri evə buraxılıb. BAKU.WS xəbər verir ki, bu barədə Trend-in...