Ana və balanı güllələyib, evlərini yandıranlar qohumdurlar - TƏFƏRRÜATLAR

Ana və balanı güllələyib, evlərini yandıranlar qohumdurlar - TƏFƏRRÜATLAR
Hadisə 558
Gədəbəy rayonun Arısu kəndində qeydə alınan silahlı insidentin bəzi detalları üzə çıxıb.BAKU.WS xəbər verir ki, 1956-cı il təvəllüdlü Şəmkir rayon sakini Əmraslan Həsənovun güllələdiyi şəxslər 2004 cü il təvəllüdlü Akşin Əliyev və anası 1984 cü il təvəllüdlü Rüxsarə Vəliyeva onun qaynı arvadı və qaynı oğludur.Yaşanan insident isə torpaq sahəsi üstündə baş verib.Belə ki, uzun müddət bu iki ailə arasında ərazi ilə bağlı narazılıqlar yaşanıb.Vəziyyət məhkəməyədək gedib çıxıb.Məhkəmənin qərarı ilə torpaq sahəsi Ə.Həsənovun qaynatasının olan torpaq sahəsi onun yoldaşına verilib.Bundan sonra Ə.Həsənov qaynı arvadı və oğlunun evdən çıxmasını istəyib. Lakin qarşı tərəf məhkəmənin qərarının ancaq torpaq sahəsinə aid olduğunu, yaşadıqları evin isə baba yurdlarından qaldığını deyib.Bu cavabdan əsəbləşən Ə.Həsənov evində saxladığı "İj 16" markalı ov tüfəngi ilə ilk öncə A.Əliyevə ardından R.Vəliyevaya atəş açıb.Daha sonra o neft tökərək evə od vurub. Yarayılar Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib vəziyyətləri orta ağırdır.Keçirilən əməliyyatla Ə.Həsənov saxlanılıb,onun barəsində Gədəbəy rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər